2014-cü ilin sentyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,816 sığorta tələbi üzrə 2,187,041 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
1,704 |
1,973,140 |
37 |
50,601 |
56 |
68,300 |
19 |
95,000 |
1,816 |
2,187,041 |
2014-cü ilin yanvar-sentyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 19,4 milyon manat sığorta ödənişi həyata keçirilmişdir.
Cari ilin yanvar-sentyabr ayları ərzində İcbari Sığorta Bürosu tərəfindən 56 kompensasiya tələbi üzrə 181,376 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.
Həmçinin 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2013-cü il iyul ayının 20-dən etibarən informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən daşınmaz əmlakın icbari sığorta müqavilələri üzrə 217 sığorta tələbi qeydiyyta alınmış və 450 min manata yaxın sığorta ödənəşi həyata keçirilmişdir. Həyata keçirilən sığorta ödənişlərinin 47%-i yaşayış evləri və mənzillər, 53%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur.