Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığorta məsələləri ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılması üçün komissiya yaradılıb.
Xidmətdən verilən məlumata görə, sığorta məsələləri ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərə, o cümlədən təklif, ərizə və şikayətlərə baxılması üzrə işlərin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə qurumun əmri ilə yaradılmış komissiya tərəfindən hər həftənin çərşənbə günü (3-cü günü) saat 15:00-dan 17:00-dək xidmətin yerləşdiyi Bakı şəhəri, Səməd Vurğun küçəsi 135 ünvanında vətəndaşların müraciətlərinə baxılacaq.
Komissiya aprelin 6-da yaradılıb.
apa.az