“Sığorta ilə daha çox mənfəət əldə etmək olar” - "PAŞA SIĞORTA" | Banco.az

“Sığorta ilə daha çox mənfəət əldə etmək olar” - "PAŞA SIĞORTA"

Azərbaycanın özəl şirkətləri risklərini sığortalamaqla daha yüksək mənfəət əldə edə bilərlər. Bu barədə “PAŞA Sığorta” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini və Əməliyyatlar bölməsinin rəhbəri Zaur Əliyev 1-ci Beynəlxalq Xəzər Enerji Forumundakı çıxışında məlumat verib.

Onun sözlərinə görə, özəl sektorun nail olmağa çalışdığı yüksək mənfəət, təbii ki, yüksək risklər ilə müşayiət olunur: "Bu risklərin qarşısını almağın yollarından biri də sığortadır. Yəni, şirkət biznesini genişləndirmək və daha da çox mənfəət əldə etmək məqsədilə  hər hansı bir riskini sığorta etdirir. Lakin müşahidələrimiz bunu göstərir ki, bəzi hallarda şirkətlər bundan yayınaraq daha çox riskləri öz üzərlərində saxlamağı düşünürlər".  Z.Əliyev bunun bəzi səbəblərinin olduğunu bildirib: "Ola bilər özlərinin mənfəətləri hesabına fond yaradırlar və ya risklərini elə də bir əhəmiyyətli risk kimi qiymətləndirmirlər ya da riskə getməyərək və az mənfəətlilik ilə kifayətlənərək biznes fəaliyyətlərində məhdudiyyət yaradırlar. Məsələn, hər hansı istehsalat şirkətinin xarici bazarlara çıxmaq imkanı yarandığı halda logistika, gömrük və digər tədbirləri riskli düşünərək yerli bazarda qalmaqla kifayətlənir. Bu hallar iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. Halbuki, sığorta vasitəsilə (riskləri sığortalamaqla) daha çox mənfəət əldə edə bilərlər. Bu da ölkədə iqtisadi artıma müsbət təsir edər”.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et