“Başak-İnam” Sığorta Şirkəti öz müştərilərinə sığorta haqqını taksit kartı ilə ödəmək imkanı yaradıb. Bu barədə şirkətin nümayəndəsi Hikmət Allahverdi məlumat verib. Onun sözlərinə görə, bu xidmət “Yapı Kredi Bank-Azərbaycan”la əməkdaşlıq çərçivəsində yaradılıb. Belə ki, müştərilər bankın “Worldcard” taksit kartı vasitəsilə sığorta haqqını ödəyib, sonra həmin pulu 6 ay ərzində faizsiz banka qaytara bilərlər.
Mənbə: fins.az