Sığorta hadisəsi zamanı atılmalı olan 5 addım - MƏSLƏHƏT | Banco.az

Sığorta hadisəsi zamanı atılmalı olan 5 addım - MƏSLƏHƏT

Sığorta hadisəsi baş verəndə nə etmək lazım olduğu barədə məsləhətlər sığorta müqaviləsindən tutmuş yaddaş kitabçalarınadək demək olar bütün mənbələrdə göstərilir. Amma hadisə baş verəndə bütün deyilənləri yada salmaq mümkün olmur. Kaliforniyalı sığortaçı bloqqerlər sığorta ödənişi alma prosesində atılmalı 5 addımı müəyyənləşdiriblər. Bu sadə qaydaları bilmək faydalı, onlara əməl etmək  isə asandır. 
1.   Sığorta şirkəti ilə əlaqə saxlayın
Hadisə haqqında sığorta şirkətinə 24 saat ərzində məlumat verin. Gecikməyin. Nə qədər geciksəniz, proses də o qədər ləngiyəcək. Hətta düşünsəniz ki, səhv qarşı tərəfdədir, yenə də sığorta şirkətinizə məlumat verin. Ən azından, əgər sizin toqquşmaya qarşı sığortanız varsa, avtomobiliniz təmir olunmağa başlayacaq.
2.   Hadisəni şəkillərlə sənədləşdirin
Hər şeyin şəklini çəkin. Hadisənin şəklini, bütün qırıntıları, sürüşmə izlərini, öz avtomobilinizi, digər avtomobili və görünən hər növdə zədələrin şəklini çəkin. Şəkil - min sözdən qüvvətlidir.
3.   Öz hesablarınızı edin
Əlbəttə ki, qəzadan sonra sığorta şirkəti sizin üçün təmir yeri məsləhət görəcək. Amma siz də tanış təmir yeri tapın və zərəri özünüz də hesablayın.
4.   Xoş davranın
Sığorta işçisi sizin dostunuz deyil. Amma sizin ona dost kimi davranmağınız məsləhətdir. Hətta sığorta işçisi ilə tamamilə əks fikirdə olsanız da, onlara qarşı pis davranmaq və onların üstünə qışqırмаг olmaz. Xoş davranmaq hər şeyi dəyişə bilər.
5.   Həkimə gedin
Hətta əmin deyilsinizsə ki, zədə almısınız, yenə də həkimə gedin. Siz ağrını bir neçə gün, hətta bir həftədən sonra da hiss edə bilərsiniz. Ağrı hiss etdiyiniz halda həkimə müraciət edin. Əgər hava yastığınız açılıbsa, gecikdirmədən gedin həkimə. Hava yastığındakı toz xırda yanmalara yol aça bilər.
Yadda saxlayın, sığorta işçilərinin yoxlama siyahıları var, hansı ki, hər hadisədə ondan istifadə edirlər. Və onlar bunu hər gün, bütün günü edirlər. Sizin isə belə siyahınız yoxdur.  Bu səhvlərdən qaçsanız, siz sığorta ödənişi almaq yolunda önəmli bir yol getmiş olacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

fins.az