Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-may aylarında 719 milyon 313 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə 4 sığorta şirkətinin yığımları 40 milyon manatdan çox olub.
Bunlar Paşa Həyat Sığorta (345,1 milyon manat), Paşa Sığorta (162,9 milyon manat), Atəşgah Həyat Sığorta (49,6 milyon manat) və Qala Sığorta (46,7 milyon manat) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!