Sığorta bazarının 66%-ı könüllü formalaşıb | Banco.az

Sığorta bazarının 66%-ı könüllü formalaşıb

Bu ilin yanvar-iyul aylarında sığorta haqlarının 66%-i və ya 166,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% və ya 18,2 milyon manat çoxdur.
İcbarı sığorta növləri üzrə yığımlar isə 85,1 milyon manat və ya bazarın 34%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 5,6% və ya 4,5 milyon manat artıb.
2014-cü ilin ilk 7 ayında ümumi ödənişlərin 69,2%-i və ya 54 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 11,3% və ya 5,5 milyon manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 17,2% və ya 3,5 milyon manat artaraq 23,9 milyon manata çatıb.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 32,45 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 32,66 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötən ilki 25,3 manatdan 28,1 manata qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

 

   Fins.az