Sığorta bazarının 64%-i könüllü formalaşıb | Banco.az

Sığorta bazarının 64%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-may aylarında, Azərbaycanda toplanmış sığorta haqlarının 64,4%-i və ya 133,7 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 73,9 milyon manat və ya bazarın 35,6%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 21% böyüyüb.

5 ayda ümumi ödənişin 76,9%-i və ya 57,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.  Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 46% artıb.

Ən sərfəli kredit üçün müraciət et

İcbari sığorta növləri üzrə ödəniş isə 17,2 milyon manat və ya ümumi bazarın 23,1%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 8% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə isə bu göstərici 31,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 26,2 manatdan 23,3 manata düşüb.