Sığorta bazarının 62%-i könüllü formalaşıb | Banco.az

Sığorta bazarının 62%-i könüllü formalaşıb

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, 2015-ci ilin yanvar-oktyabr aylarında  Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 236,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 2,9% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 142,8 milyon manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 12,9% böyüyüb.

Ən sərfəli kredit üçün müraciət et

10 ayda ümumi ödənişin 74,1%-i və ya 103,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 7,3% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 36,2 milyon manat və ya ümumi bazarın 25,9%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,6% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə bu rəqəm 42,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,4 manatdan 25,4 manata düşüb.