"Siemens" şirkəti rekord mənfəət əldə edib | Banco.az

"Siemens" şirkəti rekord mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Siemens” şirkətinin xalis mənfəəti 5 faiz artaraq 9 milyard avroya çatıb.

Banco.az xəbər verir ki, “Siemens AG”nin 30 sentyabrda başa çatan 2024-cü maliyyə ilində gəlirləri əvvəlki ilə nisbətən 3 faiz artaraq 75,9 milyard avroya çatıb.

Şirkətin xalis mənfəəti isə 5 faiz artaraq 9 milyard avroya yüksəlib. Beləliklə, alman şirkəti indiyə qədərki ən yüksək xalis mənfəətini qeydə alıb.

Sözügedən dövrdə səhm üzrə təklif olunan dividend 4,20 avrodan 5,20 avroya yüksəlib.

Şirkətdən verilən açıqlamaya görə, “Siemens” sifarişləri əvvəlki ilə görə 4 faiz azalaraq 84,1 milyard avroya düşüb ki, sifariş-satış nisbəti də 1,11 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin sənaye sahəsindəki mənfəəti 1 faiz artaraq 11,4 milyard avroya çatıb. Sənaye İş Xətti mənfəət marjası 15,5 faizlə 2023-cü maliyyə ilində ən yüksək səviyyəyə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram