Səyahət zamanı çoxlu pul xərcləmək, heç də yaxşı istirahət edəcəyinizin təminatı deyil. Əksinə pula qənaət etməklə mükəmməl səyahət təşkil etmək də mümkündür. İnsanların ən böyük səhvi istirahət səfərləri zamanı vacib olmayan məqsədlər üçün həddən çox pul xərcləməsidir.
Bəs necə etmək olar ki, səyahətimiz daha qənaətcil və maraqlı keçsin?
Siz bankların yay kampaniyalarından yararlana bilərsiniz. Hər səyahət mövsümü demək olar ki, əksər banklar səyahət etməyi planlaşdıranlar üçün əlverişli şərtlərlə kampaniyalar keçirir.
Xüsusuilə xarici ölkəyə səfər edəcəksinizsə, yaxşı olardı ki, plastik kartınızı da özünüzlə götürəsiniz. Çünki, ölkə kənarında bank kartı ilə alış-veriş və digər xidmətlərdən istifadə daha sərfəli olur.
Həmçinin bank hesabınıza nəzarət etmək üçün yola çıxmazdan əvvəl, mütləq telefonunuzda SMS bankinq xidmətini aktivləşdirin. Siz hesabınızda xəbəriniz olmadan pul köçürmələri həyata keçirildiyini görsəniz, kart hesabınızı bloklaya da bilərsiniz.
Seçdiyiniz dönəmdən də çox şey asılıdır. Çünki, turistlərin qaynaşdığı dövrlərdə səyahət və otel xərcləri həddən artıq baha olur. Ona görə də nisbətən aralıq vaxtlarda səyahət etsəniz daha yaxşı olar.
Getdiyiniz ölkədə şəhərlər arası səyahət zamanı uçuş əvəzinə, avtobus, qatar və ya qayıqlardan istifadə etməyiniz daha çox tövsiyə olunur.
Bahalı suvenirlərə pul xərcləməyin. Olduğunuz yerlərin foto və videolarını çəkin. Onların dəyəri hər hansı local emblemi olan suvenirlərdən daha çoxdur.
Turistlər üçün nəzərdə tutulan restoranlardan gen qaçın. Çünki onlar digər yeməkxanalarla müqayisədə daha baha olur. Özünüzü yerlilər kimi aparın. Ənənəvi və münasib restoranların yeri, yola çıxmamışdan əvvəl müəyyənləşdirin.
Bələdçi xəritəsi və kitabı sizin köməyinizə çatacaq. Bu, yolla ictimai nəqliyyat vasitələrindən rahat istifadə etməyi öyrənəcəksiniz, nəinki taxsi və bələdçi turlara külli miqdarda pul xərcləməklə.
Bəzi şəhərlərdə əəcnəbilər üçün “turist” kartları təklif olunur. Nyu York, Paris və London kimi şəhərlərdə belə kartlar mövcuddur. Bu yolla da qənaət etmək mümkündür. Kartlar sizə muzey, restoran və digər atraksiyonlardan endirimli istifadə imkanı verəcək. Turist kartları 1,3,5 və ya 7 günlük olur. İstifadə müddəti isə, ondan istifadə etdiyiniz ilk gündən başlayır.
Əgər turist kartınız yoxdursa, onda muzeylərə və digər incəsənət mərkəzlərinə açıq qapı günləri ilə maraqlanın. Gedəcəyiniz şəhərin, görməli yerlərinin veb saytlarını izləməklə həmin günləri müəyyənləşdirə bilərsiniz.