Səyahət sığortasını online ala biləcəyimiz şirkətlər - SİYAHI | Banco.az

Səyahət sığortasını online ala biləcəyimiz şirkətlər - SİYAHI

 

Bir çoxları yay tətilinin bitməməsindən istifadə edərək hələ də xarici ölkələrə səyahətini  davam etdirir, bir çoxları isə istirahətini payıza saxlayaraq sərin havalarda səyahət etməkdən zövq alır. Bütün hallarda səyahətinizdə problemlərlə qarşılaşmaq istəmirsinizsə Səyahət sığortasını da unutmamalısınız.

Səyahət sığortası ölkədən kənarda baş verən xoşagəlməz  hadisələr üçün nəzərdə tutulub.

Bu sığorta növü Könüllü sığortaya aiddir.

Dincəlməyə və ya iş üçün səfərə gedən hər bir kəsə baqajın itirilməsi hallarında, xəstələnmə və travmalar zamanı özünü lazımi dəstəklə təmin etmək üçün sığorta şəhadətnaməsi əldə etmək vacibdir. Öncədən sığorta müqaviləsi imzalamaqla ölkədən kənarda baş verən gözlənilməz hadisələr nəticəsində tələb olunan:

             -tibbi (ambulator və stasionar) xidmətlər;

             -tibbi daşınma/evakuasiya və repatriasiya;

             -hüquqi yardım;

             -baqajın itməsi;

             -səfərin ləngiməsi və s.

ilə əlaqədar çəkilən xərclər sığorta məbləği həddində ödənilir.

Səyahət sığortasından yararlanmaqla bir növ xoşagəlməz hadisələrin qarşısını almış sayılırsınız.

 

Hazırda sığorta şirkətləri sizlər üçün səyahət sığortasını daha da asanlaşdırıb. Belə ki, şirkətə yaxınlaşmadan evinizdən online şəkildə səyahət sığortası ala bilərsiniz. Bəs online səyahət sığortasını hansı sığorta şirkətləri təklif edir?

Cədvədə göstərilən sığorta şirkətlərində bu mümkündür, istədiyiniz şirkətin linkinə daxil olaraq səyahət sığortası sifariş edə bilərsiniz:

A-Group Sığorta

Atəşgah Sığorta

AXA MBASK Sığorta

Azərbaycan Sənaye Sığorta

Günay Sığorta

Xalq Sığorta

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, səyahət sığortasının qiyməti  səfər edilən ölkədən, səfərin müddətindən və məqsədindən, sığorta ödənişinin maksimal həddindən asılı olaraq dəyişir.

Hər birinizə sağlam və xoş səyahət arzulayırıq!

 

Ən sərfəli krediti almaq üçün müraciət et