Bu dünyada ən böyük zövqlərdən biri əgər səyahətdirsə, digəri də pul xərcləməkdir. Yəni xəsis insanları saymasaq, yerdə qalan hər kəs pul xərclərkən, özünü çox xoşbəxt - türklər demiş "mutlu" hiss edir.
Haqqında danışacağımız kampaniyalarda isə bu iki zövq bir birinə bağlıdır: Xərcləyərək səyahət qazanmaq, səyahət edərək xərcləmək. Və sonra yenə də xərclədiyiniz pulların bir qismi cash back olaraq geri qayıdır, yetər ki, pullarınızı kart vasitəsi ilə xərcləyin.
Əksər insanlar illərlə nəsə udmaq ümidi ilə lotereyalara pul sərf edir, amma onlara qalan sadəcə kağız parçası olur.
Amma bankların yaratdığı bu fürsətdə, siz həm arzusunda olduğunuz əşyanı-ya xidməti əldə edirsiniz, həm də səyahət qazanmaq şansı (əlbəttə digər hədiyyələr də var). Yəni istənilən halda itirəcəyiniz heç nə olmur.
Deməli, pul xərcləmək heç vaxt bu qədər cəlbedici və sərfəli olmayıb.
Beləliklə Banco.az sizə səyahət şansı qazandıran kampaniyaları təqdim edir.
Nyu- York arzusunu gerçəkləşdirmək istəyənlər
Bolkartla pul xərcləyərək, Nyu-Yorka biletlər qazana bilərsiniz. Məncə bu amerikan arzusu olan hər kəsin xəyalıdır. Bu kampaniya dövründə qeyd olunan şərtlər nəzərə alınmaqla ödənişlərinin ümumi məbləği ən çox olan Bolkart sahibi NYU-YORKA 2 NƏFƏRLIK SƏYAHƏT paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) HƏDİYYƏ olunacaq.
Nyu-Yorka biletı Xalq Bank ilə də qazanmaq mümkündür.
Hər ay “Aylıq Xal” sayına görə ilk 10 yerdə mövqe tutan iştirakçılar dəyərli hədiyyələr, “Superpriz Xal” sayına görə 1-ci yerdə mövqe tutan iştirakçı isə “Nyu-Yorka səyahət” qazanacaq. Şərtlər ilə burada tanış olun.
Antalyaya iki səyahət - gerçək şans, AcceessBank
Çox uzağa getmək istəməyənlər, ingilis dilini bilməyənlər, sadəcə dənizdən və qumdan zövq almaq, büdcələrinə uyğun səyahət arzulayanlar üçün qaçırılmaz fürsət.
Digər iki kampaniyadan əsas fərqi onadır ki, qəlib gəlməyiniz məhz şansa və bəxtinizə bağlıdır. Düzdür, daha çox ödəniş etməklə bu şansı artırmaq olar, amma qalib heç də ən böyük məbləğ sahibi olmaya da bilər. Əlbəttə şərtlər ilə burada tanış ola bilərsiniz.
Uçmaq – istədiyiniz istiqaməti özünüz seçin, Bank Silk Vey
Bank Silk Veyin "Miles" kartları vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplaya bilər ki, nəticədə bu ballar ilə pulsuz aviabilet qazanmaq mümkündür. Həmçinin hazırda bir kart alana ikincisi hədiyyə edilir. Şərtlər ilə daha ətraflı burada tanış olun.
Öz bankınızı seçin, ödənişlərinizi nağdsız edın və heç gözləmədiyiniz anda şans üzünüzə gülsün.