Sevimli oyunlarınızı pulsuz yükləyin | Banco.az

Sevimli oyunlarınızı pulsuz yükləyin

Oyunlar artıq həyatımızın bir parçasına çevrilib. Bəzi insanlar oyunlara o qədər aludə olublar ki, bunun üçün istənilən qədər pul ödəməyə hazırdırlar. Bu cür oyun həvəskarları üçün şad xəbərimiz var: “Play Market” oyunların bəzilərini endirimə salıb. Bəlkə, onların arasında sizin sevimli oyununuz da var.

Endirimə düşmüş oyunların adını təqdim edirik:

1.“Stickman Legends: Shadow War offline Fighting Game”. Oyun üçün yaş həddi 12 yaş və daha yuxarı. Bu oyun  ən yaxşı “RPG” (Role Playing Game) döyüş oyunudur. Qeyd edək ki, “Stickman Legeds” oyunçular tərəfindən 5 baldan 4,4 balla qiymətləndirilib.

2.Endirimə düşmüş ikinci oyun “911 Operator”dur. Oyunun şüarı “Dünyanın bütün şəhərlərində oyna”dır.  Oyunçulardan biri qeyd edir ki, oyuna müxtəlif mitinqlər, yeni silahlar əlavə etmək mümkündür.  Əvvəlki qiyməti 6,20 dollar olan oyunu hazırda 1,29 dollara yükləmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “911 Operator” üçün endirim 5 gün davam edəcək.

3.Həyəcan sevənlər üçün daha bir yenilik: “Zombie Age 3 Premium: Rules of Survial” oyununu 0,26 dollara əldə etmək mümkündür. 12 yaşdan yuxarı bütün oyunçular bu fürsətdən yararlana bilərlər. Oyunçular “Rules of Survial”ı 5 baldan 4,6 balla qiymətləndirirlər.

Unutmayın, oyun yaradıcılarının sizə ismarıcı var: “Sakitliyinizi qoruyun və çalışın ki, oyun qurbanına çevrilməyəsiniz!!!

4.Endirimə düşmüş başqa bir oyun da “Blackthorn Castle” macəra oyunudur. Hazırda pulsuz təqdim olunan oyun 4,7 balla qiymətləndirilir. Xatırladaq ki, fürsətdən 3 gün ərzində yararlana bilərsiz.

Çalışın ki, özünüzə uyğun olan oyunu seçin və bundan zövq alın. 

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et