Mövzuya yaxın mənbələrə görə, Səudiyyə Ərəbistanında neft sahələrinə təşkil edilmiş dron hücumlarının ardından istehsalı əvvəlki səviyyəyə çatdırmaq prosesi gözləniləndən sürətli irəliləyir.
Səudiyyə Ərəbistanının gündəlik cəmi neft hasilatının 11 milyon bareli keçdiyi və təyin olunan təqvimin bir həftə qabaqladığı bildirilib.
Xəbərin ardından neft qiymətləri daha da düşüb. Brent nefti 1,5% də ucuzlaşıb və Barelinin qiyməti 62,15 dollara geriləyib.
Hücumlar mühüm avadanlıqlara böyük zərər vurmuş və neft qiymətlərində rekord yüksəlişə təkan vermişdi.
Hücumlardan bu yana istehsal gücünü bərpa etməyə çalışan "Saudi Aramco", müştərilərinə satışı ehtiyatlardan və digər sahələrdə təmin edir.
Marja