Səudiyyə Ərəbistanı ABŞ və Çinə neft ixracını kəskin azaldıb | Banco.az

Səudiyyə Ərəbistanı ABŞ və Çinə neft ixracını kəskin azaldıb

Müəllif - Aida İsaq, Banco.az

Səudiyyə Ərəbistanı noyabr ayında ABŞ və Çinə neft tədarükünü oktyabr ayı ilə müqayisədə azaldıb.

Banco.az xəbər verir ki, tədarükün həcmi müvafiq olaraq sutkada 300,000 və 304,000 barel azalıb. Məlumata görə, Səudiyyə Ərəbistanından ABŞ-a neft ixracı oktyabr ayı ilə müqayisədə sutkada 304 barel azalaraq 83 min barel təşkil edib. Bu, isə 2017-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Noyabrda Çinə tədarüklərin həcmi sutkada 1,6 milyon barel səviyyəsində müəyyənləşib. Bu, ötən ayla müqayisədə sutkada 300 min barel azdır.

Xaırladaq ki, sentyabrda Səudiyyə Ərəbistanından ABŞ-a neft tədarükü son iki ilin ən yüksək həddinə çataraq gündə 667 min barel təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et