Səudiyyə Ərəbistanı xam neft qiymətini artırmağı planlaşdırır | Banco.az

Səudiyyə Ərəbistanı xam neft qiymətini artırmağı planlaşdırır

Səudiyyə Ərəbistanı sentyabr ayında Asiya bazarı üçün neft qiymətini rekord həddə qaldırmağa hazırlaşır

Bu barədə Bloomberg agentliyi məlumat verib.
Mütəxəssislərin fikrincə, Səudiyyə Ərəbistanı qiymətləri qaldıracağı təqdirdə tələb azalacaq. Bəzi asiyalı istehsalçılar sentyabr ayından etibarən istehsal gücünün azaldılması barədə düşünürlər.

Bundan əvvəl Səudiyyə Ərəbistanı və İraqın Rusiyaya qarşı sanksiyalar fonunda Avropa bazarına neft tədarükünü artırdığı bildirilirdi. Ümumilikdə, Yaxın Şərq ölkələri iyulda Avropaya sutkada 2,2 milyon barelə qədər neft tədarük edib. Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə təxminən 90% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et