Səudiyyə Ərəbistanı startaplara 838 milyon dollar vəsait ayırıb | Banco.az

Səudiyyə Ərəbistanı startaplara 838 milyon dollar vəsait ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı 838 milyon dollarlıq yeni startap fondunu açıqlayıb.

Banco.az xəbər verir ki, startap ekosistemini gücləndirmək üçün əhəmiyyətli addım atan Səudiyyə Ərəbistanı 838 milyon dollar dəyərində 6 yeni vençur fondu elan edib.

Bu barədə Səudiyyə Ərəbistanının beynəlxalq texnologiya konfransı olan LEAP-də açıqlama verilib.

Bu fondlar arasında adı çəkilən “Investcorp”a məxsus 500 milyon dollar dəyərində Səudiyyə Ərəbistanının IPO Öncəsi İnkişaf Fondu böyümə mərhələsindəki startapları dəstəkləməyi hədəfləyir. Dövlət İnvestisiya Fondunun (PİF) törəmə şirkəti olan Jada Fondu tərəfindən dəstəklənən bu təşəbbüs IPO-ya hazır bizneslərin inkişafı istiqamətində strateji addımdır.

“Oasis Capital” isə erkən mərhələdəki beynəlxalq startaplara həsr olunmuş 100 milyon dollarlıq fond yaratmağa hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, bu addım ölkənin qlobal innovasiya və sahibkarlığı təşviq etmək əzmini əks etdirən bir addımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram