Səudiyyə Ərəbistanı neft ixracını rekord həcmdə azaldacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Səudiyyə Ərəbistanı neft ixracını rekord həcmdə azaldacaq

Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət şirkəti OPEC-in qlobal neft ehtiyatlarının azaldılması üzrə təşəbbüsünə dəstək çərçivəsində noyabrda ixracı rekord dərəcədə – sutkada 7,15 milyon barel azaltmaq niyyətindədir.

Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyinə istinadən "Bloomberg" məlumat yayıb.

Nazirlik qeyd edir ki, Səudiyyə hökuməti hasilatın azaldılması üzrə sazişin digər üzvlərindən də analoji addımı gözləyir.

Mənbə: Report.az