Səudiyyə Ərəbistanı könüllü və tək tərəfli olaraq neft istehsalını əlavə gündəlik 1 milyon barel azaldacağını açıqlayıb.
Qiymətlərin yüksəlməsini sürətləndirmək istəyən krallığın gündəlik neft istehsalı 18 ilin ən aşağı səviyyəsinə düşəcək.
OPEC+ razılaşmasına görə Səudiyyə Ərəbistanı iyunda neft istehsalını 8.5 milyon barelə salmalıdır. Ölkə iyunda istehsalını 7.5 milyon barel olaraq hədəfləyir.
Səudiyyə Ərəbistanı Enerji Nazirliyindən bir rəsmi mövzu ilə əlaqədar bildirib: "Krallıq, bu əlavə azaltma ilə OPEC+ iştirakçıları və digər istehsalçıları qlobal neft bazarlarını sabitliyə qovuşdurmaq üçün, öhdəlik götürdükləri istehsal azaltmalarına əməl etməyə və könüllü əlavə azaltmalara cəsarətləndirməyi hədəfləyir".
marja
Bizi sosial şəbəkələrdən izləyin!!