Müəllif:Mehin Qasımova/Banco.az
Səudiyyə Ərəbistanı bütün regionlardakı alıcılar üçün neftin qiymətini aşağı salacaq.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .
Məlumata görə, “Saudi Aramco” bir barel üçün qiyməti 1,5-2 dollar ucuzlaşdıracaq.
Agentliyin qeyd etdiyi kimi, neft istehlakı adətən fevral və mart aylarında azalır və neft emalı zavodları bu dövrdən bəzi zavodları təmir üçün bağlamaq üçün istifadə edirlər.
Bloomberg həmçinin qlobal neft qiymətlərinin 2020-ci ildən bəri ilk dəfə 2023-cü ildə düşdüyünü qeyd edib. Hələki qiymət bazarı indiyədək Qəzza zolağındakı münaqişəyə və husilərin Qırmızı dənizdəki gəmilərə hücumlarına məhəl qoymur.
Bizi sosial şəbəkələrdən izləyin!!