Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanı Asiya və Avropa müştəriləri üçün neftin qiymətini bahalaşdırıb.
Banco.az xəbər verir ki, tədarük məhdudiyyətləri və artan tələb xam neft bazarını sıxlaşdırdığı üçün Səudiyyə Ərəbistanı demək olar ki, sentyabr ayı üzrə bütün neft qiymətlərini Asiya və Avropadan olan müştərilər üçün qaldırıb.
Belə ki, dövlətə məxsus “Saudi Aramco” şirkəti Asiyaya satdığı Arab Light markalı xam neftin qiymətini 30 sent bahalaşdırıb ki, bu da göstərici qiymətindən 3,50 dollar yüksəkdir.
Qeyd edək ki, neft emalı zavodları və treyderlər arasında aparılan sorğundan çıxan median proqnoza görə, istehsalçının qiyməti bir barel üzrə 50 sent artıracağı gözlənilirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!