Səudiyyə Ərəbistanı Azərbaycana investisiya yatırmağa hazırdır | Banco.az

Səudiyyə Ərəbistanı Azərbaycana investisiya yatırmağa hazırdır

Əbdüllətif əl-Osmanın sözlərinə görə, Azərbaycan Səduiyyə Ərəbistanı sahibkarları üçün investisiya baxımından cəlbedici görünür

Səudiyyə Ərəbistanı Azərbaycanın neft-kimya və neft emalı sənayesinə sərmayə qoymağa hazırdır. Bunu Səudiyyə Ərəbistanının İnvestisiya Təşkilatının sədri Əbdüllətif əl-Osman Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı inkişaf edib və sosial yönümlü layihələr çərçivəsində, həmçinin turizm də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün bütün imkanlar mövcuddur: "Azərbaycan iqtisadiyyatının adıçəkilən sahələri Səduiyyə Ərəbistanı sahibkarları üçün investisiya baxımından cəlbedici görünür və biznes forumlarının keçirilməsi ikitərəfli münasibətlərin inkişafına və möhkəmlənməsinə xidmət edir. Nümayəndə heyətimizə dövlət və özəl müəssisələrin nümayəndələri daxildir. Biz təkcə iqtisadi əlaqələrlə məhdudlaşmamalıyıq. Hazırda bizi din, mədəniyyət, təhsil və digər sahələrdə tellər bağlayır. Buna görə də sosial sahədə də münasibətləri inkişaf etdirmək niyyətindəyik".

İki ölkə arasında ticarət dövriyyəsinə gəlincə təşkilat sədri bildirib ki, hazırda göstəricilər elə də böyük deyil: "Buna baxmayaraq, Səudiyyə Ərəbistanı bu göstəricini iki ölkənin mövcud potensial səviyyəsinədək artırmağı hədəfləyib".

Ən sərfəli kredit üçün müraciət et

Anspress

Ən sərfəli krediti almaq üçün müraciət et