Şərqi Avropa ölkələri “əsrin ən böyük layihəsi”ni hazırlayır | Banco.az

Şərqi Avropa ölkələri “əsrin ən böyük layihəsi”ni hazırlayır

Müəllif:Ayşən İmanova/Banco.az

Şərqi Avropa ölkələri dəyəri təxminən 130 milyard avro olan ən azı 12 atom elektrik bloku tikməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu  barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Çexiyadan Rumıniyaya qədər olan ölkələr bəzilərinin “əsrin ən böyük layihəsi” adlandırdıqları təşəbbüsü həyata keçirmək üçün planlar hazırlayırlar.

Bildirilib ki, Avropa İttifaqının karbon neytrallığına nail olmaq və ümumilikdə Şərqi Avropa ölkələrindən asılılığını azaltmaq istəyi fonunda regiondakı hökumətlər də yeni nüvə obyektlərinin tikintisinə siyasi dəstək verib.

Lakin bu planların həyata keçirilməsi maneələrlə çətinləşir. Belə ki, Şərqi Avropanın belə irimiqyaslı layihələri həyata keçirmək üçün texniki səriştəsi və maliyyə resursları yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et