Nəqliyyat sektorunda sərnişin daşınmasından 2018-ci ildə əldə olunan cəmi gəlirlər 1 361 milyon manat olub. 2017-ci ilə nəzərən gəlirlərdə 16% artım müşahidə olunub. Son 10 ildə isə bu gəlirlərsə 2 dəfəyədək artım olmuşdur.
Həmçinin bax: Ölkəmizdə nə qədər nəqliyyat vasitəsi var?
Sərnişin daşınmasından əldə olunan gəlirləri nəqliyyat növlərinə ayırdıqda, ən çox gəlir avtomobillərin sərnişin daşınması zamanı əldə olunub. Bu nəqliyyat növündən 761 762 min manat gəlir əldə olunub ki, bu da əvvəlki il ilə müqayisədə 16.5% artım deməkdir. Növbəti ən çox gəlir əldə olunan nəqliyyat vasitəsi olan avtobusların sərnişin daşınmasından 578 402 min manat gəlir əldə olunub. 73,3%-lə ən çox artım dəniz nəqliyyatında olsa da, yalnız 1 615 min manat gəlir əldə olunub.
Həmçinin bax: İctimai nəqliyyatda gediş haqqı hansı şəhərlərdə daha ucuzdur?
Nəqliyyat növü | Gəlirlər (min manat) |
Artım (2017-ci illə müqayisədə) |
Avtomobil | 761 762 |
16.5% |
Avtobus | 578 402 |
18.6% |
Hava | 528 459 |
14.4% |
Taksi | 183 360 |
10.5% |
Metro | 54 186 |
22.3% |
Dəmiryol | 14 674 |
3.05% |
Dəniz | 1 615 |
73.3% |
Həmçinin bax: Ən çox avtomobil istehsal edən ölkələr
Sərnişin daşınmasına 2018-ci ildə 1 310 milyon manat xərc çəkilib. Ötən ilə nisbətən 8.6% artım olsa da, son 10 ildə 2.5 dəfə artmışdır. Ən çox gəlirlər avtomobillərin sərnişin daşınmasından əldə olunsa da, ən çox xərc hava nəqliyyatına çəkilir. Bu xərc ümumi sərnişin daşınmasına çəkilən xərclərin yarıdan çoxunu təşkil edir. Gəlirlərdə olduğu kimi xərclərdə də ən az dəniz nəqliyyatındadır. 2017-ci ilə nəzərən dəmiryolu istisna, digərlərinin xərclərində artım olub. Dəmiryolunda isə 35% xərclərin azalması müşahidə olunub.
Həmçinin bax: Avtomobil sənayeni yaxın 10 ildə necə dəyişəcək?
Nəqliyyat növü | Xərclər (min manat) |
Əvvəlki ilə nisbətən dəyişmə |
Hava |
736 692 |
16.1% artım |
Avtomobil |
386 236 |
10.8% artım |
Avtobus |
318 252 |
10.5% artım |
Taksi |
109 000 |
12.1% artım |
Dəmiryol |
74 819 |
35% azalma |
Metro |
67 984 |
3.8% artım |
Dəniz |
3 263 |
7.3% artım |
Tərlan Qəhrəmanova, Banco.az