Ölkəmizdə nə qədər nəqliyyat vasitəsi var? | Banco.az

Ölkəmizdə nə qədər nəqliyyat vasitəsi var?

Hər gün nəqliyyat vasitələrinin müxtəlif növlərindən ən azı bir dəfə istifadə edirik. Nəqliyyat vasitələrinin yüklərin daşınmasında, insanların uzaq məsafələrə qısa zaman ərzində çatmasında əvəzedilməz rolu var. Nəqliyyat sektorunun yaxşılaşması təkcə fərdlərə deyil ümumilikdə iqtisadiyyata da müsbət təsir göstərir. Şübhə yoxdur ki, iqtisadiyyatı inkişaf etmiş ərazilərdə nəqliyyat qovşaqlarının olduğu yerlərdir.

İstər istehsal, istərsə də xidmət sahəsi üçün obyektlər yolların yaxşı olduğu ərazilərdə tikilir. Bu həm istehsal amillərinin daşınmasının rahatlığı və xərclərin azalmasında, həm də təhlükəsizlik baxımından irəli gəlir. Bu yerdə H.Əliyevin “Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” sözləri tam yerinə düşər.

Respublikamızda nə qədər nəqliyyat vasitəsinin olduğunu heç düşünmüsünüz?

2018-ci ildə ümumi nəqliyyat vasitələrinin sayı 1.4 milyon ədəd qeydə alınıb. Əvvəlki ilə nisbətən 2.1% artım olub ki, bu da 28 250 ədəd nəqliyyat vasitəsi deməkdir. Bu nəqliyyat vasitələrinin 85.4%-i minik avtomobilləridir. Nəqliyyat vasitələrinin 2.2% hissəsini təşkil edən avtobuslar keçən ilə nisbətən 74 ədəd azalıb.

Həmçinin bax: Ən çox avtomobil istehsal edən ölkələr

Ən sərfəli kredit üçün müraciət et

Nəqliyyat vasitələri ilə təkcə 2018-ci ildə sərnişin dövriyyəsi 2 milyard nəfər olub. Bu da ötən ilə nisbətən 1.5% artım deməkdir. Sərnişin daşınmasının 77%-i şəhərdaxili, 20% şəhərətrafı, 3% şəhərlərarası baş verir. Nəqliyyat vasitələrinin növünə görə isə əsas sərnişin daşınması avtobusların payına düşür. Şəhərdaxili sərnişin daşınmasına baxdıqda 80.5% avtobus, 15% taksi, qalan 4.5% isə metronun payına düşür. Şəhərlərarası sərnişin daşınmasında isə 94%-i avtobusların, 6% isə hava, dəmiryol və dəniz nəqliyyatının payına düşür.

Həmçinin bax: İctimai nəqliyyatda gediş haqqı hansı şəhərlərdə daha ucuzdur?

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et