Şəriət qaydalarına uyğun kredit verdi | Banco.az

Şəriət qaydalarına uyğun kredit verdi

“Azərbaycan Beynəlxalq Bankı” ASC şəriət qaydalarına uyğun olaraq 150 milyon dollar məbləğində kredit cəlb edib. Bu barədə "CPI Financial" maliyyə portalına istinadən məlumat verilir.

Məlumata görə, 20 milyon dolları Küveytin “Warba Bank”ı, qalan hissəni isə “JP Morgan”, “Citigroup”, “Barwa Bank”, “Al Hilal Bank”, “Noor Bank” və “Dubai Islamic Bank” ayırıb.

Ən sərfəli kredit üçün müraciət et

“Warba Bank”ın baş direktorunun müavini Şahin əl-Qanem bildirib ki, bu tranzaksiya bankın fəaliyyətinin yeni regional və beynəlxalq bazarlara doğru genişləndirilməsi üzrə strategiyasına müvafiqdir: “Müştərilərimizin şəriətə uyğun maliyyələşdirilməsini təmin edir”.

atvxeber.com