Serialdan ən çox qonorar alan amerikan aktyor | Banco.az

Serialdan ən çox qonorar alan amerikan aktyor

Robert De Niro 2017-ci il Amerika televiziyasının  ən çox qonorar alan serial aktyoru seçilib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, artist Amazon studiyasının hələ ad verilməmiş serialında bir seriyaya görə 775 min dollar alıb.

Ən sərfəli kredit üçün müraciət et

İkinci yerdə “Dəniz polisi” serialının aktyoru Mark Xermandır. Bir seriayaya görə, o, 525 min dollar qazanıb.

Üçüncü yeri “Taxt oyunları” serialının ulduzları Emiliya Klark, Nikolay Koster Voldau, Piter Dinkleydc, Kit Xarinqton və Lina Xidi, həmçinin Kevin Kostner (“Yellostoun”) və Kevin Speysi (“Karton ev”) bölüşür. Aktyorlarının hər birinin qonorarı bir seriyaya görə, beş yüz min dollar olub.

Ən sərfəli krediti almaq üçün müraciət et