Sentyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4.213 olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 125-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3.737-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 335-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 16-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.
Xatırladaq ki, bu ilin avqustunda ölkəyə 3.288 minik avtomobili və 319 yük avtomobili gətirilib. Qeyd edilən dövrdə Azərbaycana 139 avtobus idxal olunub.
Vergiler.az