Şengen vizasına ən çox hansı ölkədən müraciət edildiyi bəlli olub | Banco.az

Şengen vizasına ən çox hansı ölkədən müraciət edildiyi bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Şengen vizası üçün müraciət edənlərin sayına görə Rusiyanı geridə qoyub.

Banco.az xəbər verir ki, Türkiyənin Avropa İttifaqı ölkələrinə vizasız səfər xəyallarının reallaşması hələ də qeyri-müəyyən olaraq qaldığı üçün ölkə hazırda Şengen vizası üçün müraciət edənlərin sayına görə liderliyə yüksəlib.

Şengen Viza Statistikası tərəfindən yeni dərc edilmiş məlumatlar göstərir ki, 2022-ci il ərzində 700 min türk vətəndaşı Şengen vizası üçün müraciət anketini doldurub. Bununla da, indiyədək siyahıya liderlik edən Rusiya ikinci pilləyə geriləyib. 

Digər tərəfdən, 2022-ci ildə dünyanın müxtəlif yerlərindən edilən müraciətlərin ümumi sayı 7,5 milyonu ötüb. Bu, 2019-cu ildə edilən 16,955,541 müraciət sayından 55 faiz az olmasına baxmayaraq, son iki il ərzində qeydə alınmş ərizələrin ümumi sayından hələ də kifayət qədər yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyədə edilən müraciətlərin sayı ilə bağlı məlumatlar göstərir ki, Şengen vizası üçün ən çox Almaniya səfirliyi, konsulluqları və viza mərkəzlərinə (223 min 699) müraciət edilib ki, ikinci yerdə 164 min 829 müraciətlə Yunanıstan və 115 min 114 müraciətlə Fransa gəlir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et