Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Komissiyası Şengen vizası rüsumunun artırılması ilə bağlı təklif təqdim edib.
Banco.az xəbər verir ki, Avropa Komissiyası fevralın 2-də Şengen vizası rüsumunun artırılmasını ehtiva edən bir layihə təqdim edib.
Təklifin qəbul edilməsi halında qiymət artımı yaxın bir neçə ay ərzində baş verəcək.
Bu halda rüsum 12 faiz artaraq böyüklər üçün 80 avrodan 90 avroya, uşaqlar üçün isə 40 avrodan 45 avroya yüksələcək.
Qeyd edək ki, Aİ həmçinin üzv ölkələrdən deportasiya edilmiş insanların “yenidən ölkəyə girişini qəbul etməkdə qeyri-kafi əməkdaşlıq” göstərən ölkələr üçün rüsumları daha da artırmağı planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!