Şengen məkanı daha bir neçə ay bağlı qala bilər | Banco.az

Şengen məkanı daha bir neçə ay bağlı qala bilər

"Koronavirus pandemiyası ilə bağlı Şengen məkanının sərhədləri böyük ehtimalla yay aylarınadək bağlı qalacaq".

Məsələnin hazırda müzakirə olunduğunu bildirib: “Mən səbirsizəm, məhdudiyyətlərin 5 həftə uzanması çoxdur, biz suallar veririk, lakin gerçəkliyə qayıtmalıyıq”.

BFM telekanalının canlı efirində çıxış edən avropalı komisar Şengen məkanının daxilindəki gediş-gəliş məsələsinə də toxunub: “Bizim coğrafiyamıza və qayda-qanunlarımıza hörmət olmalıdır. Bütün ölkələrin eyni vaxtda təcrid vəziyyətindən çıxacaqlarını heç kim söyləyə bilməz”.

AK rəsmisi həmçinin pandemiya başa çatandan sonra da “bir neçə ay qüvvədə qalacaq əlavə məhdudiyyətlər”in tətbiq olunacağını da istisna etməyib.

Fransanın nəqliyyat naziri Elizabet Born da hətta iyul ayında belə Birləşmiş Ştatlara və Asiyaya səyahət planı quranları bunun ağlabatan olmadığı barədə xəbərdar edib.

Mart ayının ortalarında Fransa Prezidenti Emanuel Makron yeni koronavirusla mübarizə çərçivəsində Şengen məkanının sərhədlərinin 30 gün bağlı qalacağını bildirmiş, martın 17-də Avropa İttifaqı dövlət və hökumət başçıları bu barədə qərarı təsdiqləmişdlər. Aprelin 13-də televiziya ilə xalqa müraciəti zamanı Fransa lideri daxili təcrid rejiminin başa çatacağı mayın 11-dən sonra da qeyri-Avropa ölkələrilə gediş-gəlişin açılmayacağını diqqətə çatdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et