Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var. Bu məsələ bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub”.
Bu fikirləri Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib. O qeyd edib ki, bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir.
Məsələ ilə bağlı Banco.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, sənədsiz əmlakların bəzilərində torpaqların təyinatı fərqlidir:
“Bildiyiniz kimi, hazırda bəziləri qadağan olunmuş ərazilərdə, bir qismi isə tikinti normativlərinə uyğun olmayan formada ev tikdiyi üçün onların sənədləşməsi prosesidə problemlər var.
Sənədin verilməsi üçün də mütləq şəkildə bir növ amnistiya tipli normativ hüquqi akt olmalıdır. Bir növ əsaslandırma üçün hansısa sənəd təqdim edilməlidir”.
Qeyd edək ki, ölkədə təqribən 400 min sənədsiz ev var. Bu siyahıya torpaq sahələri, qeyri-yaşayış obyektləri və s daxildir.