Selcanın qəhrəmanı ol! | Banco.az

Selcanın qəhrəmanı ol!

Kəskin leykozdan (qan xərçəngindən) əziyyət çəkən 4 yaşlı Selcan Muradzadəyə maddi və mənəvi dəstək məqsədilə 12 və 13 noyabr tarixlərində 28 Mall AVM-də xeyriyyəyarmarkası keçiriləcək. Həyatı hələ doya-doya yaşamayan, yaşıdları ilə birlikdə uşaqlıq sevincini layiqincə duymayan körpə balamız sağalma ümidini xeyirxah insanların dəstəyində görür. Hal-hazırda Türkiyədə müalicə olunan körpə qızcığazın əməliyyat xərcləri yüksək vəsait tələb edir. Bu vəsait toplanacağı təqdirdə körpənin tam sağalma şansı var. 

Bunun üçün də yarmarkada satılacaq suvenir, rəsm əsəri, aksessuar, bijuteriya, toxunma əl işi, oyuncaq və kitab satışından əldə olunan gəlirin uşağın müalicəsinə sərf edilməsi nəzərdə tutulub. 

Ən sərfəli kredit üçün müraciət et

Odur ki, hər biriniz həftəsonu yarmarkada iştirak etməkləbalaca Selcanın qəhrəmanı ola bilərsiniz.

Selcanın mualicəsi və yardım üçün ödəmə üsulları barədə ətraflı məlumatı Facebook və Instaqramdan (linklər) əldə etmək olar.