Səhvən icad edilmiş 5 məhsul | Banco.az

Səhvən icad edilmiş 5 məhsul

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz əşyaların müxtəlif yaranma hekayələri var. Bu əşyaların bir qismi uzun müddət davam edən işlər nəticəsində ortaya çıxmış olsa da, digər bir qisminin də bir səhv olaraq ortaya çıxdığını bilirdinizmi?

Bu yazımızda gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz və bir səhv nəticəsində icad edilmiş məhsullara göz atacağıq.

   1. Post-it (Yapışqanlı qeyd kağızı)

Ofis mühitlərində tez-tez istifadə edilən yapışqanlı qeyd kağızlarının bir çox sahədə köməyimizə çatdığı hamıya məlumdur. Bu faydalı ixtiranın bir uğursuzluq nəticəsində yarandığını bilirdinizmi?

Post-it, əslində bir layihə deyildi. Tarixi 1980-ci ilə dayanan bu funksional məhsul, 3M'də çalışan bir kimyagərin güclü bir yapışdırıcı əldə etmək istəyərkən tam tərsinə gücsüz bir yapışdırıcı istehsal etməsi ilə ortaya çıxdı. Yapışdırıcı mövzusunda müvəffəqiyyətsiz olan Spencer Silver'ın güclü olmayan yapışdırıcısını qiymətləndirmək istəyən həmkarı Artur Fry bu yapişdırıcını kitab səhifələrini birləşdirmək üçün istifadə etdi. Bir müddət sonra bu icadın olduqca faydalı ola biləcəyini düşünən 3M, bu yapışdırıcıyla örtülmüş kiçik kağızları bazara təqdim etdi. Post-it adı verilən bu məhsul, günümüzün ən çox seçilən ofis əşyalarından biri halına gəldi.

   2. Mikrodalğalı soba

Bugünkü mətbəxlərin ən vacib üzvlərindən olan mikrodalğalı soba da səhvən icad edilən məhsullardan biridir. 1945-ci ildə bir mühəndis Percy Spencer tərəfindən ixtira edilmiş mikrodalğalı soba bir maqnitron boru üzərində eksperimentlər zamanı ortaya çıxdı. Etdiyi təcrübələr əsnasında cibindəki şokoladın əridiyini hiss edən Spencer, vəziyyəti anladıqca bir miqdar qarğıdalı da eyni məsafəyə gətirdi və magnetronun qarğıdalını partlatdığını gördü.

Ən sərfəli kredit üçün müraciət et

Spencer'ın o dövr istəmədən icad etdiyi yeni bişirmə cihazı, 1960-cı ildən sonra daha da kiçildildi və bir çox evdə istifadəyə təqdim edildi.

  3. Super yapışdırıcı

Gündəlik həyatımızdan əlavə mebel sektorunda tez-tez tərcih edilən sürətli yapışdırıcı təsadüf nəticəsində meydana gəlmişdir.

İkinci Dünya müharibəsi dövründə Kodak'da işləyən bir araşdırmaçı plastik bir lens (linza) icad etmək istəyərkən super yapışdırıcını ortaya çıxardı. Siyanakrilat adlanan bu maddə bu gün istifadə olunan sürətli yapışdırıcıdır. O dövrdə iki fərqli obyekti çox qısa müddətdə bir-birinə bağlamasıyla diqqət çəkən siyanoakrilat Super Glue adı altında 1950-ci ildə satışa təqdim edildi.

  4. Neylon

İndiki vaxtda xüsusilə yük şirkətləri tərəfindən istifadə edilən bu neylon növü 1957-ci ildə divar kağızı olaraq çıxarılmışdı. 1960-cı ilə qədər hər hansı bir sahədə istifadə edilməyən bu məhsul 1960-cı ildə kompüter parçalarının qorunmasında istifadə edildi. Bu gün ən məşhur qablaşdırma materialı olaraq bilinir.

  5. Stretch 

1933-cü ildə stretch film bir laboratoriyada icad edilmişdir. Ralph Wiley-in quru təmizləmə ilə bağlı icad etdiyi bu ixtira 1953-cü ildə yeməkləri sarımaq üçün təqdim edildi. O dövrdə kimyəvi maddələrə görə çox müzakirəyə yol açsa da zamanla inkişaf etdirilən bu məhsul bu gün qida sektorunun ən məşhur üzvlərindən biridir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et