Səhmdarlarının sayı 100-dən artıq olan banklar | Banco.az

Səhmdarlarının sayı 100-dən artıq olan banklar

Bakı Fond Birjasına istinadən hazırda Azərbaycan səhmdarlarının sayı 100-dən çox olan 280 şirkət fəaliyyət göstərir. Bank sektoru bu siyahıda ancaq 2 bankla iştirak etmişdir. Ilk onluğa isə onlardan yalnız biri Dəmirbank ASC daxildir və 6-cı yerdədir. Digər bir bank – Kapital Bank ASC 142-ci yerdə qərarlaşmışdır.

Xatırlatmaq istərdik ki, Dəmirbankın səhmdarları siyahısına AYİB (Avropa Yenidənqurma və İnkişaf Bankı) və FMO (Hollandiya İnkişaf Maliyyə Şirkəti)daxildir ki, onlar da “35% + 1 səhm” həcmində səhm paketinə sahibdirlər. Kapital Bankın isə nizamnamə kapitalının 99,84%-i "Paşa Holdinq"-ə məxsusdur. "Paşa Holdinq" isə öz növbəsində Paşa Bank, Paşa Sığorta, Paşa İnşaat, Paşa Həyat, Paşa Səyahət kimi şirkətlər qrupundan ibarətdir. 

Səhmdarların sayı 100-dən çox olan emitentlərin ilk onluğu ilə sizləri tanış edirik:

  1. Azəraqrartikinti ASC
  2. Azərboru ASC
  3. AZENCO ASC
  4. Neftyoltikintitəmir ASC
  5. Neftlayihətikinti ASC
  6. Dəmirbank ASC
  7. N.Quliyev adına Bakı-Taxıl ASC
  8. Saatlı-Pambıq ASC
  9. Azərtikintiservis ASC
  10. Magistral-ekspress ASC

Göründüyü kimi qeyri-maliyyə sektoru, xüsusən də tikinti sektoru bu sahədə liderlik edir. 

Ən sərfəli kredit üçün müraciət et