Şəhid ailələrinə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına vəsait xərclənəcək | Banco.az

Şəhid ailələrinə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına vəsait xərclənəcək

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.

İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram