Sədrliyin 5-ci ayında İLHAM HƏBİBULLAYEV | Banco.az

Sədrliyin 5-ci ayında İLHAM HƏBİBULLAYEV

İlham Həbibullayev 2017-ci ilin əvvəllərindən Expressbank-ın İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub. Bundan öncə o, 2010-cu ildən 2017-ci ilədək Expressbank-da İdarə Heyəti Sədrinin müavini vəzifələsini icra edib.

Gəlin onun keçdiyi karyera yoluna birlikdə nəzər salaq

4 iyun 1977-ci il təvəllüdlüdür, ailəlidir və 2 övladı var. Maraqlıdır ki, İlham bəy təhsilə tarixçi olaraq, başlasa da sonradan karyerasını məhz maliyyə sahəsində qurub. O, əvvəlcə Bakıda sonra isə İstanbulda tarix və sosial elmlər üzrə təhsil alıb. Bank sahəsində keçdiyi yol isə uzundur, o 1995-ci ildən bu sektorda çalışır və ilk vəzifəsi “teller” – yəni müştəri təmsilçisi olmuşdur.

Təhsil:

  • 2004-cü il - Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsi
  • 2001-ci il - İstanbul Universiteti Sosial Elmlər İnstitutunu (magistr dərəcəsi)
  • 1997-ci il -  Bakı Dövlət Universitetinin “Tarix” fakültəsi

Karyera:

Ən sərfəli kredit üçün müraciət et

2017 Mart –indiyə qədər ExpressBank, İdarə Heyətinin Sədri (CEO)

2010 May - 2017 Mart, ExpressBank, İdarə Heyətinin Sədrinin müavini (deputy CEO)

2008 İyun – 2010 Aprel, Unibank, Korporativ Bankçılıq, Baş Menecer

2006 Mart – 2008 İyun, Unibank, korporativ Bankçılıq, Menecer

2004 Dekabr – 2006 Mart, Unibank, Sənədli əməliyyatlar və layihə maliyyələşdirilməsi şöbəsinin müdiri

2004 Fevral - 2004 Dekabr, Unibank, Sənədli əməliyyatlar və layihə maliyyələşdirilməsi şöbəsinin aparıcı mütəxəssisi

2002 Avqust - 2004 Fevral, Trustbank (Azərbaycan), Sənədli əməliyyatlar şöbəsi, menecer

2001 İyul – 2002 Avqust – BE&G company, aparıcı mütəxəssis

1995 Avqust – 1997 Sentyabr, Trustbank (Azərbaycan), Müştəri xidmətləri təmsilçisi (teller) 

Ən sərfəli krediti almaq üçün müraciət et