Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın “Sberbank”ı 665,4 milyard rubl (təxminən 10,3 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% çoxdur.
Son 1 ildə “Sberbank”ın xalis faiz gəlirləri 1% azalaraq 929,2 milyard rubla (təxminən 14,3 milyard dollar) düşüb, xalis komissiya gəlirləri isə 13,7% artaraq 334,5 milyard rubla (təxminən 5,2 milyard dollar) çatıb.
Xatırladaq ki, “Sberbank” Rusiyanın aparıcı kredit təşkilatıdır. Onun səhmlərinin 50%-i Rusiya Bankına (Mərkəzi Bank) məxsusdur.
Report.az