Satışda faydanı ortaya çıxarma | Banco.az

Satışda faydanı ortaya çıxarma

Satış və marketinq günümüzün ən əsas peşələrindən biri, istehsal və xidmət sektoru ölməsə də hər il öndə qalacaq peşələrdən biridi. Məhsul olduğu müddətcə, satış və marketinq də olmaq məcburiyyətindədir. 

Məhsul kimə satılır? Ən doğru cavab " ehtiyacı olana ". Kritik məqam da budur, faydanı ortaya çıxarma zəruriliyi. İstehlakçı, müştəri, yəni satışın həmsöhbəti özünə bir fayda verəcəyi hissinə qapılmazsa niyə pulunu sizin məhsulunuz üçün xərcləsin ki? Faydanı ortaya çıxarmağın kritik təməl daşları isə:

Doğru sualları vermək
Açıq suallarla müştərimizə ehtiyacının nə olduğuna dair məlumatı almaq, bağlı suallarla dinlədiklərimizi etdiyimiz hasilatı qarşı tərəfə təsdiq etdirmək lazımdır.

Yaxşı dinləyici olmaq
Bəzən müştərilər əslində nəyə ehtiyacı olduğuna dair bizə elə əhəmiyyətli tövsiyyələr verirlər ki, siz yaxşı bir dinləyici deyilsinizsə bu tövsiyyələr uçub gedər. Yaxşı dinləmək, anladıqlarımızı da qısa-qısa təsdiq etdirmək əhəmiyyətlidir. Çünki müştərilər özlərini dinləyən və anlayan, həll yolu tapan tərəflərdən xidmət almaqdan məmnun olurlar. 

Empati qurmaq
Həyatın hər sahəsində əhəmiyyətli olan empati edə bilmə bacarığı satış sahəsində də olduqca əhəmiyyətlidir. Empati edərək qarşı tərəfin bizi məhsul və xidmətini satıb qaçmağa çalışan aqressiv bir satıcı kimi qəbul etməsinin önünə keçə bilərik. Çox sıx olduğu hər halından müəyyənləşən bir müştərini uzun təqdimatlar edərək yormaqdansa, yeri gəldiyində yalnız «Salam» deyərək, daha uyğun olduğunda təkrar gəlmək istədiyinizi söyləyərək bir növ görüş təşkil edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

kayzen.az