Samsung yeni smartfon modeli üçün təqdimat videosu yayımladı | Banco.az

Samsung yeni smartfon modeli üçün təqdimat videosu yayımladı

Tamara Mustafayeva, Banco.az

Samsung nisbətən aşağı büdcəli smartfon modeli olan Galaxy F41 üçün ilk təqdimat videosunu yayımlayıb.

Məlum olduğu kimi, texnologiya nəhəngi yaxın günlərdə Galaxy F adlı yeni smartfon seriyası buraxacağını elan etmişdi. İndi isə sözügedən modelə dair ilkin məlumat məlum olub. Smartfonun təqdimat videosu da artıq Samsung həvəskarlarının bəyənisinə təqdim edilib. 

Cihazın xüsusiyyətlərinə nəzər salanda aydın olur ki, smartfon Exynos 9611 prosessoru ilə işləyir və 6 GB RAM-a malikdir. 32 meqapiksel ön kamerası olan telefonun arxa kamerası 64 meqapikseldir.

Qeyd edək ki, 8 oktyabr tarixində təqdim ediləcəyi planlaşdırılan modelin başlanğıc qiyməti 217 dollar olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Samsung 5 yeni cihazını təqdim etdi - QİYMƏTLƏR

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram