"Samsung" yeni reklam filmində baş rolu "Apple"a verib | Banco.az

"Samsung" yeni reklam filmində baş rolu "Apple"a verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Samsung” yeni reklam çarxında ən böyük rəqibini nümayiş etdirərək “Apple” istifadəçilərinin hər zaman yenilikləri gözləməli olduqlarını vurğulayıb.

Banco.az xəbər verir ki, son dövrlərdə texnologiya sahəsinin iki aparıcı markası olan “Samsung” və “Apple”ın rəqabəti Cənubi Koreyalı markanın yeni reklam filmində bir daha üzə çıxıb.

Belə ki, reklam çarxında “Apple”dan açıq-aşkar bəhs edən “Samsung” reklamda “Apple” markalı telefonu da yerləşdirməkdən çəkinməyib. Dünyanın hasarla ikiyə bölündüyü reklam çarxında “Apple” tərəfindəki istifadəçilər "yenilikləri gözləyən" kimi təsvir edilib.

Son zamanlar qatlana bilən telefonları ilə tanınan “Samsung” yenilik baxımından “Apple”dan çox irəlidə olduqlarını və “Apple” istifadəçilərinin hər an yenilik gözləməsi lazım olduğunu vurğulayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et