Samsung "Unpacked" tədbirində təqdim ediləcək məhsulları AÇIQLADI | Banco.az

Samsung "Unpacked" tədbirində təqdim ediləcək məhsulları AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi yaxın günlərdə keçiriləcək "Unpacked" tədbiri zamanı hansı məhsulların ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.

Cənubi Koreyanın texnologiya şirkəti Samsung hər il yeni məhsullarını ictimaiyyətə təqdim edir və bunun üçün təşkil edilən tədbirlər böyük marağa səbəb olur. Şirkət axırıncı dəfə bu ilin fevral ayında təşkil edilən tədbirdə Galaxy S20 seriyasını və qatlanan ekranlı Galaxy Z Flip smartfon modelini təqdim etmişdi. Samsung adətən fevral ayında S seriyasının, avqust ayında isə Note seriyanın yeni modellərini təqdim edir. Yaxın günlərdə də yeni təqdimat mərasimi "Unpacked" tədbiri həyata keçiriləcək.

Bu tədbirdə bütün diqqətlər yeni flaqman modeli olan Galaxy Note 20 seriyasına yönələcək. Lakin, bu tədbir əsnasında tanıdılacaq yeganə məhsul Note 20 seriyası olmayacaq. Belə ki, şirkət yayımladığı video çarx vasitəsilə hansı məhsulları ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.

Şirkət "Unpacked" tədbirində Galaxy Note 20, Galaxy Z Fold 2, Galaxy Tab S7, Galaxy Buds Live, Galaxy Watch 3 modellərini də insanların bəyənisinə təqdim edəcək. Yəni, iki smartfon, bir kabelsiz qulaqlıq, bir planşet və bir ağıllı saat modeli tanıdılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət sözügedən tədbiri 5 avqust tarixində mövcud şərait nəzərə alınaraq onlayn formada təşkil edəcək. Bu tədbirin milyonlarla insan tərəfindən izlənilməsi gözlənilir. 

Həmçinin oxu: Samsung Galaxy Z Flip 5G smartfonun qiymətini AÇIQLADI

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et