Samsung Galaxy Z Flip 5G smartfonun qiymətini AÇIQLADI | Banco.az

Samsung Galaxy Z Flip 5G smartfonun qiymətini AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi maraqla gözlənilən Galaxy Z Flip 5G smartfonunun funksiyalarını və qiymətini elan edib.

Cənubi Koreyalı texnologiya şirkəti Samsung dünyanın ən böyük smartfon istehsalçısı kimi bazarda fəaliyyət göstərir. Hər il flaqman modellərinə yenilərini əlavə edən Samsung sektorda öncülük edən şirkətlərdən biridir. 

Bilindiyi kimi, smartfon bazarı ötən ildən etibarən qatlanan ekran texnologiyası ilə tanış olub. Samsung şirkəti də 2019-cu ilin fevral ayında Galaxy Fold modelini tanıtmışdı. Bu ilin fevral ayında isə Galaxy Z Flip modeli istifadəçilərin bəyənisinə təqdim edildi. Xatırladaq ki, Galaxy Fold modelində üfiqi, Galaxy Z Flip modelində isə şaquli qatlanma həyata keçirilir.

Bir müddət əvvəl texnologiya nəhənginin Galaxy Z Flip modelinin 5G texnologiyası ilə təchiz edilmiş versiyasının buraxılacağı gündəm mövzusu olmuşdu. İndi isə sözügedən smartfon modeli ilə bağlı şirkət rəsmi açıqlama edib. Belə ki, Cənubi Koreyalı şirkət telefonun funksiyalarını və qiymətini elan edib.

Galaxy Z Flip 5G Mystic Bronze

Əslində, bu smartfon modelinin 5 avqust tarixində təşkil ediləcək "Unpacked" tədbirində Note 20 seriyası ilə birlikdə tanıdılması gözlənilirdi. Telefonun adından da göründüyü kimi, ötən aylarda bazara çıxarılan Galaxy Z Flip modelinə 5G texnologiyasının əlavə edilmiş versiyasından söhbət gedir. Bu yeni versiyada 5G texnologiyası ilə yanaşı başqa yeni tənzimləmələr də həyata keçirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən modelin satış qiyməti 1499 dollar olacaq və 7 avqust tarixindən etibarən satışa çıxarılacaq.

Galaxy Z Flip modeli bazara çıxarıldığı dövrdə yüksək satış göstəricisinə imza atmışdı. 5G texnologiyası ilə təchiz edilmiş yeni versiyanın da insanların böyük marağına səbəb olacağı gözlənilir.

İndi isə diqqətlər 5 avqust tarixində keçiriləcək "Unpacked" tədbirinə yönəlib. Samsung şirkətinin bu tədbirdə Note 20 seriyası ilə yanaşı digər qatlanan smartfon modeli olan Galaxy Z Fold 2 modelini də ictimaiyyətə təqdim edəcəyi düşünülür.

Həmçinin oxu: Samsung debet kartını buraxmağa hazırlaşır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et