“Samsung” tarixində ilk dəfə işçi tətili ilə üzləşə bilər | Banco.az

“Samsung” tarixində ilk dəfə işçi tətili ilə üzləşə bilər

Müəllif - Aida İsaq, Banco.az

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” tarixində ilk dəfə işçi tətili ilə üzləşə bilər. 

Banco.az xəbər verir ki, şirkət artıq “Samsung Electronics” işçilərinin təxminən 9%-ni, yəni 10 minə yaxın insanı özündə birləşdirən yerli həmkarlar ittifaqı tərəfindən həyata keçirilə biləcək tətillə üz-üzədir. Həmkarlar ittifaqının iddiasına görə, şirkət rəhbərliyi maaşların artırılması ilə bağlı danışıqlar aparmağa şərait yaratmır. Həmkarlar ittifaqı əmək haqqının 6% artırılmasını tələb edir. 

Öz növbəsində “Samsung” rəhbərliyi maaş artımının əleyhinə deyil. Lakin şirkət yüksək performans göstərənlər üçün maaşları 4,1%, orta göstəricilər üçün isə 2% artırmaq istəyir.

Qeyd olunur ki, tətil baş verərsə, bütün dünyada çiplərə və elektronika məhsullarına tələbatın azalması fonunda şirkət üçün yaranan maliyyə problemləri fonunda vəziyyəti daha da çətinləşdirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram