"Samsung" süni intellektə malik smartfonlar təqdim etdi | Banco.az

"Samsung" süni intellektə malik smartfonlar təqdim etdi

Müəllif:Mehin Qasımova/Banco.az 

Cənubi Koreyanın Samsung şirkəti yeni S24 seriyasından olan  - Samsung Galaxy S24, Galaxy S24 Plus və Galaxy S24 Ultra smartfonlarını təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Tae Mun Ro məlumat verib. 

Məlumata görə, adıçəkilən məhsulda  müxtəlif məqsədlər üçün istifadə edilən daxili süni intellekt texnologiyası var.

Standart Galaxy S24 6,2 düym, S24 Plus 6,7 düym, Ultra isə 6,8 düym ekrana malikdir. Smartfon modelləri dörd rəngdə mövcuddur. Galaxy S24 Ultra titan çərçivəli ilk Galaxy smartfonudur. S24 və S24 Plus modelləri gücləndirilmiş alüminium çərçivəyə malikdir.

S24 və S24 Plus-ın prosessoru Exynos 2400, Ultra-da Snapdragon 8 Gen 3 var. Modellərin batareyaları müvafiq olaraq 4000, 4900 və 5000 mAh-dır. Bütün smartfonlarda  üçlü əsas kamera var. S24 və S24 Plus 12MP ultra geniş bucaqlı, 50MP geniş bucaqlı və 3x zoomlu 10MP telefoto obyektivinə malikdir. Galaxy S24 Ultra 12 MP ultra geniş bucaqlı kamera, 200 MP geniş bucaqlı kamera və 5x optik zumla 50 MP telefoto kameraya malikdir. Bütün cihazların ön kamerası 12 MP-dir.

Qiymət modeldən asılı olaraq dəyişir. Satışın başlama tarixi hələ məlum deyil, bu, cihazların ilk partiyalarının çatdırılma müddətindən asılı olacaq.

AI əvvəlcədən quraşdırılmış proqramda real vaxt rejimində telefon zənglərinin ikitərəfli səs və mətn tərcüməsinə imkan verir. Texnologiya danışıqların tam məxfiliyini təmin edir. Samsung xəbərdarlıq edir ki, əlavə dil paketi yükləməlisiniz və xidmətin mövcudluğu seçdiyiniz dildən asılı olaraq dəyişə bilər.

Smartfonların yeni xəttindəki proqramlarda xüsusi söhbət köməkçisi var - bu, söhbət üçün ideal ünsiyyət tonunu seçməyə kömək edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram