Samsung son illərin ən böyük qazancını əldə etdi | Banco.az

Samsung son illərin ən böyük qazancını əldə etdi

Tamara Mustafayeva, Banco.az

Samsung şirkəti ilin üçüncü rübündə smartfon satışlarından əldə etdiyi gəlirlə son 6 ilin ən yüksək göstəricisinə nail olub.

Samsung tərəfindən açıqlanan üçüncü rüb üzrə maliyyə hesabatına görə, şirkət ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərini 18.8%-dən 32.6%-ə yüksəldib. Hesabatda diqqət çəkən digər bir məqam isə şirkətin rəqiblərinin daha güclü olduğu bazarlarda da üstünlüyü ələ almasıdır. Belə ki, texnologiya nəhəngi ABŞ-da Apple, Hindistanda isə Xiaomi şirkətlərini geridə qoymağa müvəffəq olub.

Şirkətin əldə etdiyi bu qazanc səviyyəsi 2014-cü ildən bəri qeydə alınmış ən yüksək nəticədir. Həmin il şirkət ikinci rübdə 37.9%-lik qazanc səviyyəsinə çatmışdı.

Qeyd edək ki, Samsung-un Apple firmasına nəzərən qazancını bu dərəcədə artırmasında sözsüz ki, hər səviyyəyə uyğun smartfon istehsal etməsi böyük rol oynayır.

Həmçinin oxu: Facebook "Libra"-nı bu tarixdə bazara çıxaracaq

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et