Facebook "Libra"-nı bu tarixdə bazara çıxaracaq | Banco.az

Facebook "Libra"-nı bu tarixdə bazara çıxaracaq

Tamara Mustafayeva, Banco.az

Facebook şirkətinin kriptovalyutası olan "Libra" 2021-ci ilin yanvar ayının əvvələrində məhdud sayda bazara çıxarılacaq.

Bitkoin yenidən dəyər qazanmağa başladıqca kriptovalyuta bazarına dair layihələr də gün üzünə çıxmağa başlayır. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, Facebook şirkətinin kriptovalyuta layihəsi də daha əvvəl müəyyənləşdirilən rəqəmlə müqayisədə bazara daha məhdud sayda kriptovalyuta çıxaracaq.

Dollara görə indeksləşdiriləcək valyutanın dəqiq təqdimat tarixinin isə İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Təşkilatı (FINMA) tərəfindən sözügedən kriptovalyutanın ödəniş vasitəsi kimi rəsmi tanınması tarixinə görə müəyyənləşəcəyi bildirilib.

Xatırladaq ki, ilk dəfə Facebook tərəfindən başladılan layihə "PayPal", "Mastercard", "Vodafone" və "eBay" kimi təsisçi üzvlərin 2019-cu ildə layihəni tərk etməsindən sonra çətin dövrdən keçmişdi. "Libra" qlobal tənzimləyicilər tərəfindən valyuta sabitliyini təhdid etmə və çirkli pulların yuyulması üçün bir vasitəyə çevrilmə narahatlığı səbəbilə təxirə salınmışdı. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et