Müəllif: Tamara Mustafayeva, Banco.az
“Samsung”un mənfəəti çip qiymətlərinin ucuzlaşmasına görə 95 faiz azalıb.
Banco.az xəbər verir ki, Cənubi Koreyanın elektronika nəhəngi 2023-cü ilin birinci rübünə dair balans hesabatını açıqlayıb.
Buradan bəlli olub ki, şirkətin gəliri 63,75 trilyon Koreya vonu (təxminən 47,6 milyard dollar) təşkil edib. İqtisadçıların proqnozu 63,9 trilyon von istiqamətində idi.
“Samsung”un əməliyyat mənfəəti isə bir il əvvəlki 14,12 trilyon Koreya vonundan 640 milyard Koreya vonuna (təxminən 478,55 milyon dollar) qədər geriləyib. Bu, şirkətin 2009-cu ilin birinci rübündən bəri açıqladığı ən aşağı əməliyyat mənfəətidir.
Qeyd edək ki, şirkət ayın əvvəlində birinci rübdə mənfəətinin 600 milyard Koreya vonu olacağını proqnozlaşdıran hesabat yayımlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!