Samsung iPhone ilə tvit yazdığı üçün gündəm mövzusu oldu | Banco.az

Samsung iPhone ilə tvit yazdığı üçün gündəm mövzusu oldu

Tamara Mustafayeva, Banco.az

Samsung firması uzun müddətdir ki, böyük maraqla gözlənilən Galaxy S21 seriyasını bu gün baş tutacaq "Galaxy Unpacked" tədbiri ilə təqdim etməyə hazırlaşır. Rəsmi twitter səhifəsində təqdim ediləcək məhsulla bağlı anket sorğusu keçirən Samsung bugünkü tədbirlə deyil, sözügedən tvitin iPhone smartfonu ilə yazılması səbəbindən gündəm mövzusu olub.

Məlum olduğu kimi, texnologiya nəhəngləri Samsung və Apple illərdir ki, qızğın rəqabət aparırlar. Hər iki firmanın yeni məhsulları bazara daxil olduqca sözügedən rəqabət daha da güclənir. Odur ki, Samsung firmasının da yeni smartfon seriyasını təqdim edəcəyi əsnada belə bir addım atmağı diqqətdən kənar qalmayıb.

İstifadəçilərə "#SamsungUnpacked yaxınlaşarkən sizə həyacan verici xəbərlər vermək üçün çox çalışırıq. Hansı sahədə innovasiya və təkmilləşmə olacağını düşünürsünüz?" sualını ünvanlayan Samsung anket seçimlərinə isə kamera, dizayn, ekosistem və fəaliyyət bəndlərini daxil edib. Ancaq tvitin aşağısındakı "Twitter for iPhone" yarlığı bunun hər hansı bir iPhone smartfonu vasitəsilə yazıldığını göstərirdi. Bu səhvi dərhal başa düşən səlahiyyətli şəxslər sözügedən tviti silsə də, istifadəçilər məsələyə çoxdan zarafatyana yanaşmağa başlamışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, texnologiya mübarizəsində belə hadisələr daha əvvəl də müşahidə edilib. Belə ki, digər tanınmış texnologiya şirkəti Huawei Gal Gadot ilə çəkilən reklamı iPhone smartfonu vasitəsilə yayımlamışdı.

Həmçinin oxu: Samsung son illərin ən böyük qazancını əldə etdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et